16 iyul 2026. Cümə axşamı

"Leyptsiq" Yan Diomandeni satmaq niyyətində deyil


  • Transfer
  • 23:45 15.07.2026
  • Oxunma sayı: 42
"Leyptsiq" Yan Diomandeni satmaq niyyətində deyil

"Leyptsiq" klubu Avropanın aparıcı komandalarının ciddi marağına baxmayaraq, Yan Diomandeni yay transfer dövründə satmağı planlaşdırmır.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumata görə, futbolçu ilə "Liverpul", PSJ, "Real Madrid", "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" maraqlanır. Lakin indiyədək rəsmi təklif yalnız "Liverpul"dan daxil olub. İngiltərə təmsilçisi futbolçu üçün 80 milyon avro və əlavə olaraq bonuslar şəklində 20 milyon avro ödəməyə hazır olsa da, Almaniya klubu bu təklifi rədd edib.

Mənbənin bildirdiyinə görə, Diomandeyə iddialı olan klublardan heç biri onun transferi üçün 100 milyon avrodan artıq vəsait ödəməyə hazır deyil. "Leyptsiq"də isə futbolçunun satışından 120 milyon avro gəlir əldə etməyin real görünmədiyini düşünürlər. Bu səbəbdən klub cari yay transfer dövründə onu satmaq variantını nəzərdən keçirmir.

Vəziyyəti çətinləşdirən əsas məqamlardan biri isə futbolçunun mövqeyidir. Diomande dünya çempionatı zamanı mövsüm başa çatdıqdan sonra klubdan ayrılmaq istədiyini açıqlamışdı.

Bununla belə, "Leyptsiq" rəhbərliyi nikbindir və futbolçunu ən azı daha bir mövsüm komandada qalmağa razı salacağına ümid edir.







Transfer