16 iyul 2026. Cümə axşamı

Olise "Real Madrid"ə keçmək istəyir, "Bavariya" isə...


  • Transfer
  • 23:48 15.07.2026
  • Oxunma sayı: 22
Olise "Real Madrid"ə keçmək istəyir, "Bavariya" isə...

"Bavariya"nın cinah hücumçusu Maykl Olise yay transfer dövründə komandasını dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu karyerasını "Real Madrid"də davam etdirmək istəyir və bu keçidin reallaşmasında israrlıdır. Bu səbəbdən Münhen təmsilçisi artıq onun mümkün əvəzləyicisini müəyyənləşdirməyə başlayıb.

Məlumata əsasən, Almaniya çempionunun əsas namizədi PSJ-nin cinah hücumçusu Bredli Barkoladır.

Barkola 2023-cü ildə "Lion"dan PSJ-yə 45 milyon avro qarşılığında transfer olunub. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.

Fransalı hücumçu 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 13 qol vurub və yeddi məhsuldar ötürmə verib.

Transfer bazarını qiymətləndirən ixtisaslaşmış portal futbolçunun dəyərini 70 milyon avro hesab edir.







Transfer