30 avqust 2026. Bazar günü

"Nottingem Forest" ilk yay transferini "Leyptsiq"dən edir


  • Transfer
  • 23:51 15.07.2026
  • Oxunma sayı: 227
"Nottingem Forest" ilk yay transferini "Leyptsiq"dən edir

"Leyptsiq"in yarımmüdafiəçisi Ksaver Şlager yeni baş məşqçi Oliver Qlasnerin rəhbərliyi altında "Nottingem Forest"in ilk transferi olacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Məlumata görə, 28 yaşlı Avstriya millisinin üzvü yeni klubuna azad agent kimi qoşulacaq. Tərəflər arasında "2+1" illik müqavilə imzalanacaq.

Şlager son dörd mövsümü "Leyptsiq"in heyətində keçirib. O, daha əvvəl Almaniyada "Volfsburq", Avstriyada isə yetirməsi olduğu "Red Bull Zalsburq"un formasını geyinib.

Xatırladaq ki, almaniyalı mütəxəssis Oliver Qlasner bu yay "Nottingem Forest"in baş məşqçisi təyin olunub. O, bundan əvvəl "Kristal Pelas"ı çalışdırdığı dövrdə komandaya İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasında çempionluq qazandırıb.







Transfer

Frank Kessye İtaliyaya qayıtdı
  • Transfer
  • 23:08 29.08.2026
Frank Kessye İtaliyaya qayıtdı