- Transfer
- 23:59 15.07.2026
"Maynts"ın dayaq yarımmüdafiəçisi Kaisu Sano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, 25 yaşlı yapon futbolçunun transferində "Liverpul" maraqlıdır. İngiltərə təmsilçisi onun keçidi üçün 60 milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, Sanonun transfer dəyəri dünya çempionatındakı uğurlu çıxışından sonra xeyli artıb. Bu səbəbdən "Maynts"ın da futbolçunun ayrılmasına razılıq verəcəyi gözlənilir.
Kaisu Sano 2024-cü ildə "Kaşima Antlers"dən "Maynts"a 2,5 milyon avro qarşılığında transfer olunub. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.
Yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 48 oyunda meydana çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.