- Transfer
- 23:59 15.07.2026
"Monako"nun və ABŞ millisinin hücumçusu Folarin Baloqun karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Məlumata görə, 25 yaşlı hücumçunun transferində "Yuventus" maraqlıdır. Turin təmsilçisi futbolçunun keçidi üçün təxminən 35 milyon avro ödəməyə hazırdır.
Bildirilib ki, Baloqun hazırda "Monako"da yüksək maaş almır. Bu səbəbdən "Yuventus"un futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlməkdə çətinlik çəkməyəcəyi gözlənilir.
Folarin Baloqun 2023-cü ildə "Arsenal"dan "Monako"ya 30 milyon avro qarşılığında transfer olunub. Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.
Hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 19 qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.