30 avqust 2026. Bazar günü

Aubameyanqın "Çorum" transferi niyə baş tutmadı?


  • Transfer
  • 23:59 15.07.2026
  • Oxunma sayı: 230
Aubameyanqın "Çorum" transferi niyə baş tutmadı?

Türkiyə Super Liqasının yeni iştirakçısı "Çorum" Pyer-Emerik Aubameyanqı heyətinə qatmağa çox yaxın olsa da, transfer son anda baş tutmayıb.

90deqiqe.Az xəbər verir ki, klub Qabonlu hücumçunun keçidi üçün "Marsel"ə 1,5 milyon avro ödəməyə hazır idi.

Məlumata görə, transferin baş tutmamasına səbəb təcrübəli futbolçunun danışıqlar zamanı irəli sürdüyü davamlı tələblər və güzəştə getməməsi olub. Bu səbəbdən "Çorum" rəhbərliyi razılaşma prosesini dayandırmaq qərarı verib.

Bildirilib ki, 37 yaşlı hücumçu qısa müddət sonra yeni klubu ilə razılıq əldə edib. İspaniya mətbuatının məlumatına əsasən, Aubameyanq yeni mövsümdən etibarən "Deportivo"nun formasını geyinəcək və La Liqada çıxış edəcək.







Transfer

Frank Kessye İtaliyaya qayıtdı
  • Transfer
  • 23:08 29.08.2026
Frank Kessye İtaliyaya qayıtdı