16 iyul 2026. Cümə axşamı

Meyson Qrinvud müqavilə imzalamaq üçün İstanbula gəldi


  • Transfer
  • 17:58 16.07.2026
  • Oxunma sayı: 36
Meyson Qrinvud müqavilə imzalamaq üçün İstanbula gəldi

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Meyson Qrinvud rəsmi müqaviləyə imza atmaq üçün İstanbula gəlib.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı ingiltərəli futbolçu tibbi müayinədən keçmək və transfer prosedurlarını tamamlamaq məqsədilə Türkiyəyə yollanıb. O, hava limanında "Fənərbağça" azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılanıb.

Məlumata görə, İstanbul təmsilçisi bu keçid üçün Fransanın "Marsel" klubuna 39 milyon avro ödəyəcək. Transfer haqqı üç il ərzində üç bərabər hissə şəklində ödəniləcək.

Bildirilib ki, Meyson Qrinvud "Fənərbağça" ilə 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalayacaq. İngiltərəli futbolçunun illik qazancının isə təxminən 10 milyon avro olacağı qeyd olunur.

Bu transfer "Fənərbağça"nın son illərin ən səs-küylü keçidlərindən biri hesab edilir.







Transfer