- Transfer
- 22:55 16.07.2026
İngiltərə millisinin hücumçusu Markus Reşfordun İstanbulun "Fənərbağça" klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
90deqiqe.Az xəbər verir ki, məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında bildirib ki, futbolçunun bu yay Türkiyəyə yollanmaq planı yoxdur və "Fənərbağça" ilə heç bir danışıq aparılmır.
Onun sözlərinə görə, Reşford hazırda mövsümöncəsi hazırlıq üçün "Mançester Yunayted"ə qayıdır. Çünki komandanın baş məşqçisi Maykl Karrik futbolçu ilə işləmək niyyətindədir.
Romano əlavə edib ki, Reşfordun yay transfer dönəmində "Mançester Yunayted"dən ayrılması istisna edilmir. Lakin bu, yalnız ona Avropanın aparıcı klublarından biri ciddi maraq göstərərsə, baş tuta bilər.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatında "Fənərbağça"nın hücumçu üçün rəsmi təklif hazırladığı və klub rəhbərliyinin bu transferi reallaşdırmaqda israrlı olduğu barədə məlumatlar yayılmışdı.