16 iyul 2026. Cümə axşamı

Trevo Çaloba "Komo"ya keçməyə yaxındır


  • Transfer
  • 22:17 16.07.2026
  • Oxunma sayı: 37
Trevo Çaloba "Komo"ya keçməyə yaxındır

İtaliya A Seriyasının "Komo" klubu İngiltərənin "Çelsi" komandasının müdafiəçisi Trevo Çalobanın transferini başa çatdırmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər prinsipial razılıq əldə ediblər. Yaxın vaxtlarda keçiriləcək görüşdə transferlə bağlı son detalların dəqiqləşdirilməsi nəzərdə tutulur.

Bildirilir ki, A Seriyası təmsilçisi daha əvvəl 27 yaşlı futbolçu üçün "Çelsi"yə iki təklif göndərsə də, hər iki təklif rədd edilmişdi. Son danışıqlardan sonra tərəflər razılığa xeyli yaxınlaşıblar və Çalobanın Sesk Fabreqasın çalışdırdığı komandaya qoşulacağı gözlənilir.

Müdafiəçi bu yaxınlarda İngiltərə millisi ilə dünya çempionatında iştirak edib və komandası ilə yarımfinala qədər irəliləyib.

Çaloba 2025-2026 mövsümündə klub səviyyəsində 47 oyunda meydana çıxıb, 3 qol vurub, 4 sarı vərəqə alıb və 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 27 yaşlı futbolçunun transfer bazarındakı dəyəri 40 milyon avro qiymətləndirilir.







Transfer