16 iyul 2026. Cümə axşamı

Aleks Kral karyerasını Danimarkada davam etdirəcək


  • Transfer
  • 22:21 16.07.2026
  • Oxunma sayı: 41
Aleks Kral karyerasını Danimarkada davam etdirəcək

Çexiya millisinin yarımmüdafiəçisi Aleks Kral karyerasını Danimarkada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Kopenhagen" klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu yeni komandasına azad agent statusunda qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti və digər şərtləri açıqlanmayıb.

Xatırladaq ki, Aleks Kral 2019–2024-cü illərdə Moskvanın "Spartak" klubuna məxsus olub. O, bu müddətdə paytaxt təmsilçisinin heyətində 60 oyuna çıxaraq 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Çex yarımmüdafiəçi karyerası ərzində Almaniyanın "Şalke", İspaniyanın "Espanyol", Çexiyanın "Slaviya" və digər klublarının da formasını geyinib.

Qeyd edək ki, Aleks Kral Çexiya millisinin heyətində 48 oyunda iştirak edib və 2 qola imza atıb.







Transfer