- Transfer
- 23:23 16.07.2026
Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Bitello karyerasını Türkiyədə davam etdirə bilər.
90deqiqe.Az-ın “Kartal Record”a istinadən məlumatına görə, Türkiyənin "Beşiktaş" klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.İstanbul təmsilçisi braziliyalı futbolçunu transfer siyahısına daxil edib və onun keçidi üzərində işləyir.
Daha əvvəl yayılan xəbərlərdə Bitellonun yay transfer dönəmində Braziliyaya qayıda biləcəyi bildirilirdi. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə ölkəsinin "Qremio" və "Palmeyras" klublarının maraqlandığı qeyd olunurdu.
Bitello 2023-cü ilin sentyabrından Rusiya Premyer Liqasında çıxış edir. O, geridə qalan mövsümdə bütün turnirlərdə 37 oyuna çıxaraq 6 qol vurub və 11 məhsuldar ötürmə verib.