- Transfer
- 23:23 16.07.2026
Frankfurt "Ayntraxt"ının mərkəz müdafiəçisi Orely Amendanın yeni klubu bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərənin "Koventri" klubu isveçrəli futbolçunun keçidini rəsmiləşdirib. 22 yaşlı futbolçu yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Transferin məbləği 18 milyon avro təşkil edib.
Amenda keçiddən sonra fikirlərini bölüşüb:
"Burada olduğum üçün çox xoşbəxt və qürurluyam. Baş məşqçi ilə ilk söhbətdən sonra mənə güvəndiklərini hiss etdim və bunun mənim üçün əla addım olduğunu anladım. Komandaya qələbələr qazanmaqda və klubla birlikdə uğur əldə etməkdə kömək etmək istəyirəm", – deyə futbolçu bildirib.
Qeyd edək ki, Amenda ötən mövsüm ərzində 26 oyunda meydana çıxıb və 9 sarı vərəqə alıb.
O, "Ayntraxt"a keçməzdən əvvəl İsveçrənin "Yanq Boyz" klubunda çıxış edib. Müdafiəçi həmin komandada 18 yaşında debüt edib, 2022-2023 mövsümündə isə İsveçrə çempionluğu və ölkə kubokunu qazanıb.
Amenda eyni zamanda İsveçrə millisinin üzvüdür. O, 2026-cı il dünya çempionatında iştirak edib və komandası ilə turnirin 1/4 final mərhələsinə qədər yüksəlib.