- Transfer
- 23:23 16.07.2026
"Yuventus" klubu Türkiyə millisinin və "Roma"nın müdafiəçisi Zeki Çeliki heyətinə qatmağa hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisi Çeliki "Roma" ilə yeni müqavilə imzalamamışdan əvvəl transfer etməyə nail olub.
Bildirilib ki, əslində paytaxt klubu ilə türkiyəli futbolçu arasında yeni sözləşmə ilə bağlı şifahi razılıq əldə olunmuşdu. Lakin "Yuventus" son anda danışıqlara qoşularaq müdafiəçinin keçidini təmin edib.
Çelik Turin klubuna azad agent kimi qoşulacaq. Futbolçu ilə "Yuventus" arasında imzalanacaq müqavilənin müddəti üç il olacaq.
Qeyd edək ki, 29 yaşlı Zeki Çelik "Bursaspor" klubunun yetirməsidir. O, 2018-ci ildə Fransanın "Lill" komandasına keçərək Avropa futboluna addım atıb. Müdafiəçi həmin klubda dörd mövsüm çıxış etdikdən sonra "Roma"ya transfer olunub.