1 sentyabr 2026. Çərşənbə axşamı

Ernan Kresponun yeni iş yeri bəlli oldu


  • Transfer
  • 10:38 17.07.2026
  • Oxunma sayı: 88
Ernan Kresponun yeni iş yeri bəlli oldu

Argentina millisinin sabiq hücumçusu Ernan Krespo məşqçilik karyerasını Meksikada davam etdirəcək.

 90deqiqe.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis "Atlas" klubunun baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.

Ernan Kresponun son iş yeri Braziliyanın "San-Paulu" klubu olub. Argentinalı mütəxəssis bu ilin mart ayında komandadan ayrılmışdı.

Qeyd edək ki, Krespo məşqçilik fəaliyyəti ərzində Argentinanın "Banfild" və "Defensa və Xustisiya", Qətərin "Əl-Duhail", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn", eləcə də İtaliyanın "Modena" klublarında çalışıb.







Transfer