- Transfer
- 00:35 18.07.2026
İngiltərə millisinin yarımmüdafiəçisi Ruben Loftus-Çikin İtaliyanın "Milan" klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
90deqiqe.Az xəbər verir ki, üç mövsümdür A Seriyasında çıxış edən futbolçuya vətəninə qayıtmaq imkanı yaranıb. Bildirilir ki, İngiltərənin "Koventri Siti" klubunun baş məşqçisi Frenk Lempard onu komandasında görmək istəyir.
Lempard daha əvvəl "Çelsi"də Ruben Loftus-Çiklə birgə çalışıb və futbolçunun keyfiyyətlərini yüksək qiymətləndirir. Məhz buna görə də "Koventri Siti" rəhbərliyi yarımmüdafiəçinin "Milan"la müqaviləsinin başa çatmasına bir il qalmasına baxmayaraq, onun transfer hüquqlarını elə bu yay əldə etməyi nəzərdən keçirir.
Qeyd edək ki, futbolçunun mümkün transferi ilə bağlı məlumat İtaliya mətbuatında yer alıb.