9 avqust 2026. Bazar günü

"Aston Villa" Yohan Manzambini transfer etdi


  • Transfer
  • 22:27 17.07.2026
  • Oxunma sayı: 64
"Aston Villa" Yohan Manzambini transfer etdi

İngiltərənin "Aston Villa" klubu İsveçrə millisinin yarımmüdafiəçisi Yohan Manzambinin transferini rəsmiləşdirib.

 90deqiqe.Az xəbər verir ki, 20 yaşlı futbolçu Almaniyanın "Frayburq" klubundan Birmingem təmsilçisinə keçib. Klub transferin maliyyə şərtləri və futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verməyib.

Yohan Manzambi bu yay keçirilən dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. O, İsveçrə millisinin heyətində keçirdiyi dörd oyunda üç qol vurub, iki məhsuldar ötürmə ilə də yadda qalıb.

Qeyd edək ki, "Aston Villa" ötən mövsüm İngiltərə Premyer Liqasını dördüncü pillədə başa vurub. Unai Emerinin rəhbərlik etdiyi komanda yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir