18 iyul 2026. Şənbə

"Lids" millinin müdafiəçisini transfer etdi


  • Transfer
  • 22:35 17.07.2026
  • Oxunma sayı: 37
"Lids" millinin müdafiəçisini transfer etdi

İngiltərənin "Lids" klubu Bosniya və Herseqovina millisinin müdafiəçisi Tarik Muharemoviçin transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi İtaliyanın "Sassuolo" klubundan "Lids"ə keçib. Tərəflər beşillik müqavilə imzalayıblar. Transferin maliyyə dəyəri isə açıqlanmayıb.

Tarik Muharemoviç Bosniya və Herseqovina milli komandasının üzvüdür. Müdafiəçi bu yay keçirilən dünya çempionatında da ölkəsinin yığmasının heyətində çıxış edib.

Qeyd edək ki, "Lids" ötən mövsüm İngiltərə Premyer Liqasını 14-cü pillədə başa vuraraq yüksək dəstədə yerini qoruyub. Komanda yeni mövsümün ilk turunda avqustun 22-də səfərdə "Nottingem Forest"lə üz-üzə gələcək.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı