- Transfer
- 00:35 18.07.2026
Braziliya millisinin yarımmüdafiəçisi Ederson karyerasını İtaliyanın "Atalanta" klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, Berqamo təmsilçisi futbolçu ilə yeni müqavilə imzalayıb. 27 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti barədə məlumat verilməyib.
Ederson 2022-ci ilin yayından "Atalanta"nın formasını geyinir. O, bu müddətdə komandanın aparıcı futbolçularından birinə çevrilib. Braziliyalı yarımmüdafiəçi dörd mövsümdə bütün turnirlər daxil olmaqla 180 oyunda meydana çıxıb, 16 qol vurub və altı məhsuldar ötürmə edib.
Futbolçunun klub karyerasındakı ən yaddaqalan uğurlardan biri 2024-cü ilin mayında UEFA Avropa Liqasının qalibi olmasıdır. Sabit çıxışı sayəsində Ederson Braziliya millisində də möhkəmlənib və 2026-cı il dünya çempionatında yığmanın heyətində çıxış edib.
Qeyd edək ki, daha əvvəl futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlansa da, dizində yaranan problem səbəbindən transfer baş tutmayıb.