11 avqust 2026. Çərşənbə axşamı

Məhəmməd Salah "Beşiktaş"la şifahi razılığa gəldi


  • Transfer
  • 22:42 17.07.2026
  • Oxunma sayı: 717
Məhəmməd Salah "Beşiktaş"la şifahi razılığa gəldi

Misir millisinin və "Liverpul"un sabiq hücumçusu Məhəmməd Salah Türkiyənin "Beşiktaş" klubu ilə əməkdaşlığın şərtləri üzrə şifahi razılıq əldə edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu İstanbul təmsilçisində illik 10 milyon avro əməkhaqqı alacaq. Müqavilədə əlavə olaraq 2 milyon avro məbləğində mükafat nəzərdə tutulub.

Tərəflər arasında imzalanacaq müqavilənin bir il müddətinə olacağı, sənəddə daha bir mövsüm uzadılma bəndinin yer alacağı bildirilir.

Məhəmməd Salah ötən mövsümün başa çatmasının ardından "Liverpul"dan ayrılıb. O, son mövsümdə bütün turnirlər daxil olmaqla keçirdiyi 41 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun hazırkı bazar dəyəri 22 milyon avro qiymətləndirilir.







Transfer