- Transfer
- 00:35 18.07.2026
İtaliyanın "Komo" klubu İspaniyanın "Barselona" akademiyasının yetirməsi Andres Kuenkanın transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, 19 yaşlı müdafiəçi yeni klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Andres Kuenka 2019-cu ildən "Barselona"nın futbol sistemində çıxış edib. O, 2024/2025 mövsümündə komandasının UEFA Gənclər Liqasının qalibi olmasında mühüm rol oynayıb və finalda "Trabzonspor" üzərində 4:1 hesablı qələbə ilə başa çatan oyunda qollardan birini vurub.
Müdafiəçi əsas komandada debütünü 2024-cü ildə UEFA Çempionlar Liqasının İsveçrənin "Yanq Boyz" klubuna qarşı oyununda edib.
Kuenka ötən mövsümün ikinci yarısını icarə əsasında İspaniyanın "Sportinq Xixon" klubunda keçirib.
İspaniyalı futbolçu ölkəsinin bütün aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib, 17 və 20 yaşadək futbolçular arasında dünya çempionatlarında iştirak edib. O, bu yay isə 19 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub.