11 avqust 2026. Çərşənbə axşamı

Nigeriya millisinin sabiq hücumçusu "Bursaspor"da


  • Transfer
  • 22:59 17.07.2026
  • Oxunma sayı: 72
Nigeriya millisinin sabiq hücumçusu "Bursaspor"da

Türkiyənin I Liqasında mübarizə aparacaq "Bursaspor" nigeriyalı hücumçu Keleçi İheanaçonun transferini rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçu son olaraq Şotlandiyanın "Seltik" klubunun formasını geyinib. O, karyerası ərzində "Mançester Siti", "Sevilya", "Midlsbro" və "Seltik" kimi klublarda çıxış edib.

Təcrübəli hücumçu klub karyerası ərzində İngiltərə Kubasını, İngiltərə Superkubokunu, İngiltərə Çempionşipini və Şotlandiya çempionatını qazanıb.

Qeyd edək ki, "Bursaspor" yeni mövsümdən etibarən Türkiyə I Liqasında mübarizə aparacaq.







Transfer