- Transfer
- 00:35 18.07.2026
Almaniya millisinin sabiq futbolçusu Robin Qosens karyerasını vətənində davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, "Şalke" futbolçunun transferini rəsmiləşdirib. 32 yaşlı futbolçu İtaliyanın "Fiorentina" klubundan bir mövsümlük icarəyə götürülüb. Müqavilədə onun transfer hüququnun sonradan tam alınması ilə bağlı bənd də yer alıb.
"Şalke"nin mənimlə müqavilə imzalaması üçün həm klub, həm də rəhbərlik böyük səy göstərdi. Mənə gələcək planlarını və komandadakı rolumu ətraflı izah etdilər. Bu yanaşma məni inandırdı. Mən bu çağırışa tam hazıram", – deyə Robin Qosens bildirib.
Qeyd edək ki, Robin Qosensin Almaniya milli komandasında 24 oyunu var. Lakin təcrübəli futbolçu son bir ildən artıq müddətdə yığmaya dəvət almayıb.