18 iyul 2026. Şənbə

"Barselona" hücum xəttini gücləndirmək üçün yeni namizəd müəyyənləşdirdi


  • Transfer
  • 23:11 17.07.2026
  • Oxunma sayı: 35
"Barselona" hücum xəttini gücləndirmək üçün yeni namizəd müəyyənləşdirdi

"Atletiko"nun Xulian Alvaresi "Barselona"ya satmaqdan imtina etməsindən sonra Kataloniya təmsilçisi hücum xəttini gücləndirmək üçün alternativ variantlar üzərində işləyir.

90deqiqe.Az-ın “Sport”a istinadən məlumatına görə,  komandanın baş məşqçisi Hans-Diter Flik və idman direktoru Deko ən çox "Bornmut"un hücumçusu Eli Junior Krupini heyətə qatmaqda maraqlıdırlar.

Lakin bu keçidin reallaşmasına ciddi maneə var. Belə ki, İngiltərə klubu futbolçu üçün 100 milyon avro tələb edir. Bu məbləğ isə "Barselona"nın hazırkı maliyyə imkanlarını üstələyir.

Məlumata görə, Kataloniya klubunun transfer siyahısında digər hücumçular da yer alır. Bunlar Lautaro Martines, Benyamin Şeşko və Duşan Vlahoviçdir.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı