18 iyul 2026. Şənbə

"Milan"ın müdafiəçisi İngiltərəyə qayıda bilər


  • Transfer
  • 23:37 17.07.2026
  • Oxunma sayı: 29
"Milan"ın müdafiəçisi İngiltərəyə qayıda bilər

İtaliyanın "Milan" klubunun daha bir futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqaya qayıdan "Koventri"nin baş məşqçisi Frenk Lempard komandanın heyətində Fikayo Tomorini görmək istəyir. İngiltərəli mütəxəssis daha əvvəl "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çikin də transferində maraqlı olduğunu bildirmişdi.

Bildirilib ki, Tomori ilə maraqlanan yeganə klub "Koventri" deyil. Londonun "Çelsi" klubunda çıxış etmiş müdafiəçi ilə "Nyukasl" da maraqlanır.

Mümkün transferlə bağlı maliyyə detalları isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Fikayo Tomori 2021-ci ildən "Milan"ın formasını geyinir.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı