18 iyul 2026. Şənbə

Salahın agentindən gələcəyi ilə bağlı müəmmalı AÇIQLAMA


  • Transfer
  • 00:35 18.07.2026
  • Oxunma sayı: 38
Salahın agentindən gələcəyi ilə bağlı müəmmalı AÇIQLAMA

Misirli hücumçu Məhəmməd Salahın maraqlarını təmsil edən futbol agenti Rami Abbas futbolçunun gələcək karyerası ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

90deqiqe.Az-ın məlumatına görə, agent bildirib ki, hələlik Salahın növbəti mövsümdə hansı komandada çıxış edəcəyini özü də bilmir.

"Şəxsən mən Məhəmmədin gələn mövsüm harada oynayacağını bilmirəm. Bu, sizə nə deyir?" – deyə Rami Abbas sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl Məhəmməd Salahın Türkiyənin "Beşiktaş" klubu ilə razılıq əldə etdiyi barədə məlumat yayılmışdı. İddiaya görə, misirli futbolçu illik 10 milyon avro məbləğində əməkhaqqı alacaq. Bundan əlavə, müqavilədə 2 milyon avro həcmində mükafat nəzərdə tutulub. Tərəflər arasında bağlanacağı bildirilən müqavilənin müddəti bir il olacaq və daha bir mövsüm uzadılması imkanı da yer alacaq.

Qeyd edək ki, Məhəmməd Salah ötən mövsümün sonunda "Liverpul"dan ayrılıb. O, son mövsümdə bütün turnirlər daxil olmaqla keçirdiyi 41 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyəri hazırda 22 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı