19 iyul 2026. Bazar günü

Rodcers "Çelsi" ilə müqavilə imzalamağa hazırlaşır


  • Transfer
  • 22:16 18.07.2026
  • Oxunma sayı: 42
Rodcers "Çelsi" ilə müqavilə imzalamağa hazırlaşır

"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rodcersin yaxın günlərdə "Çelsi"nin futbolçusu olacağı gözlənilir.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu iyulun 20-də London klubunda tibbi müayinədən keçəcək. Bundan sonra tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Bildirilir ki, Rodcerslə bağlanacaq müqavilə altı il müddətinə nəzərdə tutulub. Sazişdə daha bir mövsüm avtomatik uzadılma bəndi də yer alacaq.

Daha əvvəl "Arsenal"ın da Morqan Rodcersi transfer etmək istədiyi və son aylarda futbolçunun adı London təmsilçisi ilə hallandığı bildirilirdi. Lakin "Çelsi" rəqibini qabaqlayaraq transferdə üstünlük qazanıb.

Qeyd olunur ki, "Aston Villa"dan "Çelsi"yə keçid üçün ödəniləcək məbləğ 117 milyon funt sterlinq təşkil edəcək. Bu isə hazırkı məzənnə ilə 137 milyon avrodan çox vəsait deməkdir.







Transfer