- Transfer
- 23:44 18.07.2026
İtaliyanın "Roma" klubu iki futbolçusu – yarımmüdafiəçi Brayan Kristante və müdafiəçi Canluka Mançini ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 31 yaşlı Brayan Kristantenin yeni müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
İtaliyalı yarımmüdafiəçi 2018-ci ildən "Roma"nın formasını geyinir. O, bu müddətdə keçirdiyi 364 oyunda 21 qol vurub, 23 məhsuldar ötürmə edib.
30 yaşlı Canluka Mançini də klubla əməkdaşlığını daha üç mövsüm uzadıb.
Təcrübəli müdafiəçi 2020-ci ildən "Roma"da çıxış edir. O, paytaxt klubunun heyətində 319 matçda meydana çıxıb, 23 qola imza atıb və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Roma" ötən mövsüm İtaliya A Seriyasını üçüncü pillədə başa vurub.