- Transfer
- 23:44 18.07.2026
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Ciddə təmsilçisi Portuqaliyanın "Sportinq" klubundan hücumameyilli yarımmüdafiəçi Fransişku Trinkanı transferini rəsmiləşdirib.
26 yaşlı futbolçu yeni klubu ilə 2030-cu ilin ortalarınadək nəzərdə tutulan dördillik müqavilə imzalayıb.
Transferdən sonra fikirlərini bölüşən Trinkan "Əl-Əhli"yə qoşulmaqdan qürur duyduğunu bildirib.
"Bu böyük klubun dəyərlərini, tarixini və azarkeşlərini yaxşı tanıyıram. Məhz azarkeşlərin ehtirası bu addımı atmağımda əsas səbəblərdən biri oldu. Komandamla birlikdə uğurlar qazanmaq və azarkeşlərimizi sevindirmək üçün sonadək mübarizə aparacağıma söz verirəm", – deyə portuqaliyalı futbolçu bildirib.
Məlumata görə, "Əl-Əhli" bu transfer üçün "Sportinq"ə 39,35 milyon avro təzminat ödəyib.