19 iyul 2026. Bazar günü

"Barselona" "Arsenal"ın hücumçusuna elçi düşdü


  • Transfer
  • 22:39 18.07.2026
  • Oxunma sayı: 51
"Barselona" "Arsenal"ın hücumçusuna elçi düşdü

"Arsenal"ın hücumçusu Viktor Qyökereş karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “ElNacional.cat”a istinadən məlumatına görə, İsveç millisinin üzvünün transferində "Barselona" maraqlıdır. Kataloniya təmsilçisi yay transfer dövrü başa çatmadan hücumçunu heyətinə qatmağı planlaşdırır.

Bildirilir ki, "Arsenal" da futbolçunun satılmasına qarşı deyil. London klubu Qyökereşin transferindən 60 milyon avro gəlir əldə etməyi hədəfləyir.

Viktor Qyökereş 2025-ci ildə Portuqaliyanın "Sportinq" klubundan 67 milyon avro qarşılığında "Arsenal"a keçib. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir.

İsveçli hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 55 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hazırda Viktor Qyökereşin transfer dəyəri 65 milyon avro qiymətləndirilir.







Transfer