- Transfer
- 23:44 18.07.2026
"Arsenal" hələlik PSJ-nin vingeri Bredli Barkolanın transferi ilə bağlı yeni addım atmayıb.
90deqiqe.Az-ın məlumatına görə, Morqan Rodcersin transferində uğursuzluğa düçar olan London təmsilçisi bundan sonra Fransa klubu ilə Barkola məsələsində heç bir təmas qurmayıb.
Buna baxmayaraq, 23 yaşlı futbolçuya maraq göstərən "Liverpul" vəziyyəti diqqətlə izləyir. Mersisayd təmsilçisi PSJ Barkolanı münasib məbləğ qarşılığında satmağa razı olacağı təqdirdə danışıqları sürətləndirməyə hazırdır.
Daha əvvəl yayılan xəbərlərə əsasən, Bredli Barkola gələcəyi ilə bağlı yekun qərarını dünya çempionatı başa çatdıqdan sonra verəcək.