20 iyul 2026. Bazar ertəsi

"Beşiktaş" "Yuventus"un müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 15:58 19.07.2026
  • Oxunma sayı: 43
"Beşiktaş" "Yuventus"un müdafiəçisini transfer etmək istəyir

İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Xuan Kabal yaxın gələcəkdə komandanı tərk edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçunun xidmətində Türkiyənin "Beşiktaş" klubu maraqlıdır.

Bildirilir ki, "Yuventus"un baş məşqçisi Luçano Spallettinin uzunmüddətli planlarına daxil olmayan kolumbiyalı müdafiəçi ilə bağlı Turin təmsilçisi təklifləri dəyərləndirməyə hazırdır. Kabalın klubla müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.

Futbolçu 2024-cü ilin yayında "Verona"dan 11 milyon avro qarşılığında "Yuventus"a transfer olunsa da, zədələr səbəbindən iki mövsüm ərzində bütün turnirlərdə cəmi 28 oyunda meydana çıxıb. O, ötən mövsüm İtaliya çempionatında yalnız 12 qarşılaşmada forma geyinib.

25 yaşlı müdafiəçinin transfer dəyəri hazırda yeddi milyon avro qiymətləndirilir.







Transfer