20 iyul 2026. Bazar ertəsi

Salahın meneceri "Beşiktaş"ın planlarını pozdu


  • Transfer
  • 16:46 19.07.2026
  • Oxunma sayı: 52
Salahın meneceri "Beşiktaş"ın planlarını pozdu

"Beşiktaş" klubunun prezidenti Serdal Adalı Məhəmməd Salahın transferi ilə bağlı son vəziyyətə aydınlıq gətirib.

90deqiqe.Az-ın məlumatına görə, klub rəhbəri bildirib ki, misirli futbolçu baş məşqçi Vinçenso İtalyano və idman direktoru ilə şəxsən danışaraq transferə razılıq verib. Lakin mətbuatda transferin başa çatdığı barədə xəbərlər yayıldıqdan sonra futbolçunun meneceri maliyyə tələblərini artırıb.

"Salahla həm Vinçenso İtalyano, həm də idman direktorumuza şəxsən görüşərək transferə razılıq verdi. Ancaq mətbuatda transferin baş tutduğu barədə xəbərlər yayılan kimi meneceri maliyyə tələblərini artırdı. O, komissiya haqqını 35 faizə qədər qaldırdı. Bu isə bizim üçün heç bir halda qəbul edilə biləcək rəqəm deyil. Düşünmürük ki, Salahın bu məbləğdən xəbəri var", – deyə Adalı bildirib.







Transfer