- Transfer
- 22:53 19.07.2026
"Çelsi" klubu Fransa millisinin və "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanın transferi ilə bağlı ilk rəsmi danışıqları aparıb.
90deqiqe.Az-ın məlumatına görə, "Kristal Pelas" 25 yaşlı futbolçunu ən azı 64 milyon avroya dəyərləndirir. Klub transfer məbləğini müəyyənləşdirərkən "Brayton"dan "Tottenhem"ə keçən Yan Paul van Hekkenin transferini əsas götürüb.
Lakrua 2024-cü ilin yayında Almaniyanın "Volfsburq" klubundan "Kristal Pelas"a transfer olunub və qısa müddətdə komandanın əsas müdafiəçilərindən birinə çevrilib.
Fransalı futbolçu bu müddətdə milli komandada debüt edib, həmçinin "Kristal Pelas"ın Konfrans Liqasını, İngiltərə Kubokunu və İngiltərə Superkubokunu qazanmasında mühüm rol oynayıb.