20 iyul 2026. Bazar ertəsi

"Leççe" Kavani üçün hərəkətə keçdi


  • Transfer
  • 17:34 19.07.2026
  • Oxunma sayı: 58
"Leççe" Kavani üçün hərəkətə keçdi

İtaliyanın "Leççe" klubu uruqvaylı hücumçu Edinson Kavanini heyətinə cəlb etmək istəyir.

90deqiqe.Az-ın məlumatına görə, Argentina təmsilçisi "Boka Xuniors"dan ayrılan təcrübəli futbolçu hələ də karyerasını başa vurmaq niyyətində deyil. Bu səbəbdən "Leççe" rəhbərliyi artıq Kavaninin nümayəndələri ilə ilkin təmaslara başlayıb.

Qeyd edək ki, Kavani daha əvvəl də İtaliyanın cənubunda çıxış edib. O, uzun illər "Napoli"nin formasını geyinib. Lakin təcrübəli hücumçunun bu dəfə daha az iddialı klubun təklifini qəbul edib-etməyəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, Kavani karyerası ərzində Fransanın "Paris Sen-Jermen" və İngiltərənin "Mançester Yunayted" klublarında da çıxış edib.







Transfer