20 iyul 2026. Bazar ertəsi

"Roma" Sammervillin transferi üçün hərəkətə keçdi


  • Transfer
  • 22:53 19.07.2026
  • Oxunma sayı: 40
"Roma" Sammervillin transferi üçün hərəkətə keçdi

İtaliyanın "Roma" klubu "Vest Hem"in cinah hücumçusu Krisensio Sammervilli transfer etmək üçün sərbəstqalma məbləğini ödəməyə hazırdır.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, "Vest Hem" İngiltərə Premyer Liqasını tərk etdikdən sonra aparıcı futbolçularından birini satmaq variantını nəzərdən keçirməyə məcbur qalıb. Sammervillin komandadan ayrılacağı demək olar ki, dəqiqləşsə də, onun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği ilə bağlı fərqli məlumatlar yayılıb.

Bəzi mənbələr bu məbləğin 53 milyon avro olduğunu iddia etsə də, digər məlumatlarda onun 50 milyon avrodan aşağı olduğu bildirilir.

Qeyd olunur ki, sərbəstqalma bəndi cəmi iki gün ərzində qüvvədə olacaq. 24 yaşlı Niderland futbolçusu artıq "Roma" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Sammervillin mövsüm ərzində bonuslar istisna olmaqla təxminən dörd milyon avro əməkhaqqı alacağı bildirilir.

O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 34 oyunda yeddi qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer