4 sentyabr 2026. Cümə

"Şəfa" heyətini təcrübəli müdafiəçi ilə gücləndirdi


  • Transfer
  • 15:47 20.07.2026
  • Oxunma sayı: 125
"Şəfa" heyətini təcrübəli müdafiəçi ilə gücləndirdi

"Şəfa" yay transfer dövründə heyətini daha bir legionerlə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisi qambiyalı müdafiəçi Maudu Lamine Jarjue ilə 2 illik müqavilə imzalayıb.

28 yaşlı futbolçu bununla da ikinci dəfə Azərbaycan çempionatında çıxış edəcək. O, daha əvvəl Premyer Liqa təmsilçisi "Səbail"in formasını geyinib.

Maudu Lamine Jarjue peşəkar karyerasına Portuqaliyanın "Jil Visente" klubunda başlayıb. O, daha sonra Avstriyanın "Austria" (Vyana), İsveçin "Elfsborq", Slovakiyanın "Slovan" (Bratislava), Norveçin "Sandefyord" və Şimali Makedoniyanın "Struqa" komandalarının da şərəfini qoruyub.

Təcrübəli müdafiəçi Qambiya milli komandasının da heyətində çıxış edib və yığmanın formasında iki oyunda meydana çıxıb.







Transfer

“Beşiktaş”dan yeni transfer
  • Transfer
  • 09:39 03.09.2026
“Beşiktaş”dan yeni transfer