21 iyul 2026. Çərşənbə axşamı

"Milan"ın yarımmüdafiəçisi "Atalanta"ya keçə bilər


  • Transfer
  • 23:14 20.07.2026
  • Oxunma sayı: 32
"Milan"ın yarımmüdafiəçisi "Atalanta"ya keçə bilər

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Samuele Riççi yay transfer dönəmində komandanı tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, "Atalanta"nın yeni baş məşqçisi Mauritsio Sarri Riççinin oyununu yüksək qiymətləndirir və onu komandasında görmək istəyir.

Bundan başqa, Luka Modriç və Adrien Rabyo "Milan"da qalacağı təqdirdə, Riççinin əsas heyətdə müntəzəm forma şansı məhdudlaşacaq. Bu səbəbdən onun "Atalanta"ya keçidinin baş tutması ehtimalı yüksək qiymətləndirilir.

Futbolçu ötən ilin yayında təxminən 23 milyon avro qarşılığında "Milan"a transfer olunub və 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Milan" ötən mövsüm İtaliya A Seriyasını turnir cədvəlinin beşinci pilləsində başa vurub.







Transfer