22 iyul 2026. Çərşənbə

Rodri "Mançester Siti"nin yeni müqavilə təkliflərini geri çevirib


  • Transfer
  • 23:34 20.07.2026
  • Oxunma sayı: 94
Rodri "Mançester Siti"nin yeni müqavilə təkliflərini geri çevirib

İspaniya millisinin yarımmüdafiəçisi Rodri karyerasını "Real"da davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın “The Touchline”ya istinadən məlumatına görə, dünya çempionatının ən yaxşı futbolçusu seçilən təcrübəli yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, gələcəyi ilə bağlı qərar verməsi gözlənilir.

 Rodri Madrid "Real"ından rəsmi təklif gözlədiyi üçün "Mançester Siti"nin müqavilənin uzadılması ilə bağlı irəli sürdüyü bir neçə təklifi qəbul etməyib.

Qeyd edək ki, Rodri bu ilin iyun ayında 30 yaşını tamamlayıb. İspaniyalı futbolçu 2024-cü ildə dünyanın ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatının sahibi olub.







Transfer