21 iyul 2026. Çərşənbə axşamı

Luka Din PSJ ilə uzunmüddətli müqavilə imzalayıb


  • Transfer
  • 23:38 20.07.2026
  • Oxunma sayı: 33
Luka Din PSJ ilə uzunmüddətli müqavilə imzalayıb

Fransa millisinin sol cinah müdafiəçisi Luka Din karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında əldə olunan razılıq artıq təsdiqlənib və hazırda keçidlə bağlı son sənəd işləri yekunlaşdırılır.

 33 yaşlı futbolçu Paris təmsilçisi ilə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq müqaviləyə imza atıb.

Qeyd edək ki, Lüka Dinin transfer bazarındakı dəyəri altı milyon avro qiymətləndirilir. Təcrübəli müdafiəçi 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində altı oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

Fransa millisi dünya çempionatında yarımfinala qədər irəliləyərək turniri dördüncü pillədə başa vurub. Luka Din PSJ-yə keçməzdən əvvəl İngiltərənin "Aston Villa" klubunun formasını geyinirdi.







Transfer