21 iyul 2026. Çərşənbə axşamı

"Tottenhem" Berqvall üçün 53 milyon avroluq təklifi rədd edib


  • Transfer
  • 23:53 20.07.2026
  • Oxunma sayı: 39
"Tottenhem" Berqvall üçün 53 milyon avroluq təklifi rədd edib

İngiltərənin "Tottenhem" klubu yarımmüdafiəçi Lukas Berqvallı satmaq niyyətində deyil.

90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, London təmsilçisi futbolçu üçün "Nyukasl"ın etdiyi 53 milyon avroluq təklifi geri çevirib.

20 yaşlı yarımmüdafiəçi aldığı oyun vaxtının azlığından narazıdır və komandasını dəyişməyə açıq olduğunu rəhbərliyə çatdırıb. Buna baxmayaraq, son dövrlərdə onun gələcəyi ilə bağlı klub daxilində ciddi danışıqlar aparılmayıb.

Berqvall ötən mövsüm bütün turnirlərdə ümumilikdə 33 oyunda meydana çıxıb. Roberto De Dzerbinin baş məşqçi təyin olunmasından sonra isə futbolçu əsas heyətdə müntəzəm yer almaqda çətinlik çəkir.

Bununla belə, "Tottenhem" gənc yarımmüdafiəçi ilə yollarını ayırmaq niyyətində deyil. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər qüvvədədir.







Transfer