22 iyul 2026. Çərşənbə

Modriç "Milan"la yeni müqavilə barədə razılığa gəlib


  • Transfer
  • 22:42 21.07.2026
  • Oxunma sayı: 41
Modriç "Milan"la yeni müqavilə barədə razılığa gəlib

Xorvatiyalı ulduz futbolçu Luka Modriç karyerasını "Milan"da davam etdirmək qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçinin İtaliya təmsilçisi ilə yeni müqavilənin şərtləri üzrə şifahi razılıq əldə etdiyi bildirilir.

Modriç "Milan"ın baş məşqçisi Ruben Amorimlə görüş keçirib. Tərəflərin yaxın günlərdə qısamüddətli müqaviləyə rəsmi imza atacağı gözlənilir.

Qeyd edək ki, Luka Modriç sentyabr ayında 41 yaşını tamamlayacaq. Xorvatiyalı yarımmüdafiəçi ötən mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer