22 iyul 2026. Çərşənbə

"Çelsi" Morqan Rocerslə uzunmüddətli müqavilə bağladı


  • Transfer
  • 22:49 21.07.2026
  • Oxunma sayı: 42
"Çelsi" Morqan Rocerslə uzunmüddətli müqavilə bağladı

İngiltərənin "Çelsi" klubu hücumameyilli yarımmüdafiəçi Morqan Rocersin transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisinin futbolçunu "Aston Villa"dan təxminən 137 milyon avro qarşılığında heyətinə qatdığı bildirilir.

23 yaşlı futbolçu "Çelsi" ilə altı illik müqavilə imzalayıb. Razılaşmada əməkdaşlığın daha bir mövsüm uzadılmasını nəzərdə tutan bənd də yer alıb.

Rocers yeni komandasına Avstraliya və Asiyada keçiriləcək mövsümöncəsi hazırlıq turu başa çatdıqdan sonra qoşulacaq. Səfər çərçivəsində oyunlar iyulun 28-dən avqustun 9-dək keçiriləcək.

Qeyd edək ki, Morqan Rocers bu yay İngiltərə millisinin heyətində dünya çempionatında çıxış edib. İngiltərə yığması turniri üçüncü pillədə başa vurub.







Transfer