- Transfer
- 23:59 21.07.2026
İngiltərənin "Bornmut" klubu hücumameyilli yarımmüdafiəçi Aleks Skott üçün "Çelsi"dən gələn təklifi qəbul etməyib.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi gənc futbolçuya görə 60 milyon funt sterlinqdən, yəni 70 milyon avrodan çox məbləğ ödəməyə hazır olsa da, "Bornmut" rəhbərliyi bu təklifi yetərli hesab etməyib.
Bundan əvvəl Aleks Skottun klubun yeni müqavilə təklifini də geri çevirdiyi bildirilmişdi.
Qeyd edək ki, gənc yarımmüdafiəçi ötən mövsüm "Bornmut"un heyətində bütün turnirlərdə 39 oyunda meydana çıxıb. O, bu görüşlərdə 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.