22 iyul 2026. Çərşənbə

"Mançester Siti" 135 milyon avroluq transferə hazırlaşır


  • Transfer
  • 23:12 21.07.2026
  • Oxunma sayı: 45
"Mançester Siti" 135 milyon avroluq transferə hazırlaşır

İngiltərənin "Mançester Siti" klubu Fransanın "Lill" komandasında çıxış edən yarımmüdafiəçi Ayub Buaddini heyətinə qatmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 19 yaşlı mərakeşli futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə prinsipial razılıq əldə edib.

Hazırda tərəflər arasında yalnız transfer məbləği ilə bağlı danışıqlar davam edir.

"Lill"in prezidenti Olivye Letan bildirib ki, klub gənc futbolçu üçün 135 milyon avrodan çox gəlir əldə etməyi hədəfləyir.

"Elliot Andersonun təxminən 157 milyon avroya "Mançester Siti"yə, Sandro Tonalinin isə təxminən 135 milyon avroya "Tottenhem"ə transfer olunduğunu görəndə düşünürəm ki, onların heç birinin inkişaf potensialı Ayub Buaddininki qədər deyil. Buna görə də futbolçumuzun qiyməti ilə bağlı öz baxışım var", - deyə Letan bildirib.

Qeyd edək ki, Ayub Buaddi ötən mövsüm "Lill"in heyətində bütün turnirlərdə 42 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer