- Transfer
- 23:59 21.07.2026
İtaliyanın "Milan" klubunun hücumçusu Rafael Leau karyerasını Türkiyə çempionatında davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu ilə "Qalatasaray" və "Fənərbağça" maraqlanır. Hazırda konkret təklif verməyə hazır olan yeganə klubların da məhz bu iki komanda olduğu bildirilir.
Leau bu səbəbdən Türkiyəyə transfer variantını ciddi şəkildə nəzərdən keçirməyə başlayıb. O, yaxın vaxtlarda ailəsi ilə birlikdə Türkiyəyə səfər edərək mümkün yaşayış və karyera şəraiti ilə tanış olub.
Bundan əlavə, 27 yaşlı futbolçu sosial şəbəkə hesabında da diqqətçəkən dəyişiklik edib. O, profilindən "Milan"la bağlı bütün məlumatları silərək yalnız öz geyim markası barədə məlumat saxlayıb. Leaunun yeni profil şəkli də azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Rafael Leau ötən mövsüm "Milan"ın heyətində 31 oyunda meydana çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.