22 iyul 2026. Çərşənbə

Premyer Liqada yeni transfer rekordu qeydə alındı


  • Transfer
  • 23:59 21.07.2026
  • Oxunma sayı: 55
Premyer Liqada yeni transfer rekordu qeydə alındı

İngiltərə Premyer Liqasında yay transfer dövrü başa çatmamış maraqlı rekord qeydə alınıb.

90deqiqe.Az-ın məlumatına görə, çempionatda dəyəri 100 milyon funt sterlinqdən (təxminən 115 milyon avro) artıq olan artıq üç transfer rəsmiləşib.

Söhbət Sandro Tonalinin "Nyukasl"dan "Tottenhem"ə, Elliot Andersonun "Nottingem Forest"dən "Mançester Siti"yə və Morqan Rocersin "Aston Villa"dan "Çelsi"yə keçidindən gedir.

Bildirilir ki, Premyer Liqa tarixində bir yay transfer dövründə bu qədər 100 milyon funt sterlinqdən artıq dəyərə malik keçid ilk dəfə qeydə alınıb. Transfer pəncərəsi hələ bağlanmadığı üçün bu göstəricinin daha da artacağı istisna edilmir.

Qeyd edək ki, 2025-ci ilin yayında Premyer Liqada bu məbləği keçən cəmi iki transfer baş tutmuşdu. Florian Virts "Bayer"dən "Liverpul"a, Aleksander İsak isə "Nyukasl"dan "Liverpul"a transfer olunmuşdu.







Transfer