- Transfer
- 22:44 22.07.2026
"İnter Mayami" futbol klubu braziliyalı yarımmüdafiəçi Kazemiro ilə müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, beşqat UEFA Çempionlar Liqasının qalibi olan futbolçu komandaya azad agent kimi qoşulub. Onunla 2027-ci il mövsümünün sonunadək qüvvədə olacaq müqavilə bağlanıb. Razılaşmaya əsasən, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin müddəti 2029-cu ilin iyun ayınadək uzadıla bilər. Yarımmüdafiəçi viza prosedurları tamamlandıqdan sonra komandanın heyətinə qoşulacaq.
Bundan əvvəl "Mançester Yunayted" klubu Kazemironun komandadan ayrıldığını rəsmən təsdiqləmişdi.
Braziliyalı futbolçu 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında 34 oyunda meydana çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kazemiro karyerası ərzində 2010-2013-cü illərdə "San-Paulu", 2013-2022-ci illərdə "Real Madrid", 2014-2015-ci il mövsümündə icarə əsasında "Portu", daha sonra isə "Mançester Yunayted"in formasını geyinib.