22 iyul 2026. Çərşənbə

Hidemasa Morita karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək


  • Transfer
  • 21:52 22.07.2026
  • Oxunma sayı: 42
Hidemasa Morita karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək

Portuqaliyanın "Sportinq" klubunun sabiq yarımmüdafiəçisi Hidemasa Morita karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, Yaponiya millisinin üzvü elit liqaya vəsiqə qazanan "Hall Siti" klubu ilə müqavilə imzalayacaq.

"Morita tibbi müayinədən uğurla keçib və bu gün "Sportinq"dən "Hall Siti"yə keçidini rəsmiləşdirərək yeni klubu ilə müqavilə imzalayacaq", – deyə Romano bildirib.

31 yaşlı futbolçu ötən mövsümün sonunda "Sportinq"dən ayrılıb. O, 2022-ci ildən Lissabon təmsilçisinin formasını geyinirdi.

Hidemasa Morita Yaponiya millisinin heyətində indiyədək 40 oyun keçirib. Onun əsas mövqeyi mərkəz yarımmüdafiəçisi olsa da, dayaq yarımmüdafiəçisi kimi də çıxış edə bilir.

Qeyd edək ki, bir neçə ay əvvəl türkiyəli mütəxəssis Joze Mourinyonun Moritanı transfer bazarında əsas hədəflərindən biri hesab etdiyi bildirilirdi. Məlumata görə, təcrübəli çalışdırıcı yapon futbolçunu komandasının yarımmüdafiə xətti üçün mühüm gücləndirmə kimi dəyərləndirirdi.







Transfer