- Transfer
- 22:44 22.07.2026
İngiltərənin "Liverpul" klubu Fransanın "Monako" komandasının vingeri Maqnes Akliuşun transferində maraqlıdır.
90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, İngiltərə təmsilçisinin rəhbərliyi 24 yaşlı Fransa millisinin üzvünün mümkün transferi ilə bağlı "Monako" ilə ilkin təmas qurub.
Hazırda Akliuşun əsas namizədlərindən biri də Fransanın "PSJ" klubudur. Paris təmsilçisi futbolçunun keçidi üçün artıq bir neçə təklif irəli sürsə də, o cümlədən 40 milyon avroluq ən yüksək təklif "Monako" tərəfindən rədd edilib.
Maqnes Akliuş ötən mövsüm klub səviyyəsində keçirdiyi 43 oyunda 7 qol vurub, 11 məhsuldar ötürmə verib.
24 yaşlı futbolçu həmçinin 2026-cı il dünya çempionatında dördüncü yeri tutan Fransa millisinin heyətində də yer alıb.