22 iyul 2026. Çərşənbə

"Çelsi" Qarnaçonu icarəyə göndərdi


  • Transfer
  • 21:59 22.07.2026
  • Oxunma sayı: 45
"Çelsi" Qarnaçonu icarəyə göndərdi

İngiltərənin "Çelsi" klubu ötən mövsüm 46 milyon avro qarşılığında transfer etdiyi Alexandro Qarnaçonu icarəyə göndərmək qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi argentinalı cinah oyunçusundan gözlənilən faydanı əldə edə bilməyib. Qarnaço ilk mövsümündə əsas heyətdə möhkəmlənə bilməyib və daha çox ehtiyat oyunçular skamyasında yer alıb.

Baş məşqçi Xabi Alonso futbolçu ilə bağlı rəhbərliyə mənfi rəy təqdim etdikdən sonra klub Qarnaço üçün daxil olan təklifləri dəyərləndirib.

İngiltərə mətbuatının yazdığına görə, 22 yaşlı futbolçu qarşıdakı mövsümü icarə əsasında "Aston Villa"da keçirəcək.

Qeyd edək ki, Alexandro Qarnaço ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer